Menu
Geri İrəli

““Qarabağ”a məğlubiyyət bizi çətin duruma salmışdı” – Defur

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 200 dəfə • Şərh yoxdur

r

Avropa Liqasının qrup mərhələsində “Tottenhem” üzərində 2:1 hesablı qələbə qazanan “Anderlext”in üzvü Steven Defur yerli mətbuata açıqlama verib.

“Qarabağ”la eyni qrupda yer alan belçikalıların futbolçusu İngiltərə klubu üzərində qələbəni möhtəşəm adlandırıb.

Defur bildirib ki, Azərbaycandakı məğlubiyyətdən sonra belə qalibiyyətə inanmayıblar: “Bu möhtəşəm qələbə idi. “Qarabağ”a məğlubiyyət bizi çətin duruma salmışdı. İnanmırdıq ki, belə yaxşı olacaq. Hər kəsi təbrik edirəm. Rəqib adlı-sanlı komandadır. Onlara belə qalib gəlmək qürurvericidir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın