Menu
Geri İrəli

“Qarabağ”ın ilk ev oyununa biletlərin qiyməti AÇIQLANDI

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Sentyabr 2017 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur
Share Button

1504261380_tiket“Qarabağ”ın ilk ev oyununda biletlərin qiymətləri açıqlanıb.

sumqayitxeber.com xəbər verir ki, Çempionlar Liqasında qrup mərhələsinin ilk ev oyununda “Qarabağ”ın qarşılaşacağı “Roma”yla matçın biletlərini sentyabr ayının 7-dən etibarən qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə biləcəksiniz.

Biletləri əldə edərkən, eləcə də stadiona daxil olarkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet almaq imkanı olacaq.

Qeyd edək ki, “Qarabağ” – “Roma” matçı sentyabrın 27-si, saat 20:00-da start götürəcək.

Biletlərin qiymətləri:

VIP – 50 AZN
Kateqoriya 1 – 20 AZN
Kateqoriya 2 – 10 AZN
Kateqoriya 3 – 5 AZN
Kateqoriya 4 – 2 AZN

Şatış məntəqələri: Asan Xidmət Mərkəzləri Heydər Əliyev Sarayının kassası, 28 Mall, Gənclik Mall, Park Bulvar (Qarabağ FK Fanshop), M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı) Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası).

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın