Menu
Geri İrəli

“Qəbələ” istirahətsiz başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2015 • Baxış sayı: 216 dəfə • Şərh yoxdur

u

“Qəbələ” Avropa Liqasının qrup mərhələsində keçiriləcək Almaniya “Borussiya”sı ilə qarşılaşmaya Bakıda hazırlaşır.

Azərbaycan Premyer Liqasının VIII turunda oktyabrın 17-də “Neftçi”yə qarşı paytaxtda keçirilən oyunundan sonra istirahətə buraxılmayan komanda iki gün ADBTİA stadionunda məşq edib.

Paytaxtdakı oyunun ertəsi günü fiziki hazırlıqla kifayətlənən “qırmızı-qaralar” dünənki məşqi iki qrupda gerçəkləşib. “Neftçi” ilə qarşılaşmanın iştirakçıları hazırlığı fiziki çalışmalarla yekunlaşdırıbsa, həmin oyunda meydana çıxmayanlar ardınca topla da məşq edib. Baş məşqçi Roman Qriqorçuk bu gün də komandanı məşqə çıxaracaq.

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də keçiriləcək. 20:00-da start götürəcək matç “Bakcell Arena”da baş tutacaq. Qarşılaşmanı xorvatiyalı hakimlər briqadası idarə edəcək. Baş hakim funksiyasını 38 yaşlı İvan Bebek yerinə yetirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın