Menu
Geri İrəli

“Qəbələ” oyunun sonuncu dəqiqəsində qol vurdu – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 215 dəfə • Şərh yoxdur

12179066_912320438861915_1295095825_n

Bu gün Avropa Liqasının qrup mərhələsində III turun oyunları keçirilir.

Turnirdə ölkəmizi təmsil edən “Qəbələ” Bakıda Almaniya nəhəngi “Borussiya”nı (Dortmund) qəbul edir.

Avroliqanın son beş oyununda qapısından top buraxmayan “Qəbələ”nin oyunu 8-ci kilometr qəsəbə stadionunda keçirilir.

Baş hakim: İvan Bebek (Xorvatiya)

***

Rəqib komandanın futbolçusu Obameyanq 31-ci dəqiqədə hesabı açıb. Hesab 1:0 “Borussiya”nın xeyrinədir.

***

Oyunun 38-ci dəqiqəsində “Borussiya”nın futbolçusu Obameyanq komandasının ikinci qolunu vurur. Hesab 2:0 rəqibin xeyrinədir.

***

Matçda ilk hissə başa çatıb.

***

Oyunda ikinci hissəyə start verilib.

***

Oyunun 78-ci dəqiqəsində rəqibin digər iki qolunun müəllifi oyundakı üçüncü qolunu vurub. Hesab 3:0 “Borussiya”nın xeyrinədir.

***

Oyuna əlavə olunmuş 3-cü dəqiqədə “Qəbələ” ilk qolunu vurur. Komandanın futbolçusu Dodonun qolundan sonra hesab 1:3 rəqibin xeyrinədir.

***

Oyun başa çatır. “Qəbələ” 5 oyundan sonra ev oyununda uduzur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın