Menu
Geri İrəli

“Qəbələ”dən Elnur Allahverdiyevə sərt cəza

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 18 Aprel 2014 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

972f3484d10ac39ab41c38856b790312

“Qəbələ” rəhbərliyi komandanı yenidən çətin vəziyyətdə qoyan Azərbaycan milli komandasının futbolçusu Elnur Allahverdiyevlə bağlı ciddi ölçü götürəcək. Bu barədə Lent.az-a klubun baş meneceri Zaur Əzizov məlumat verib.

Təcrübəli müdafiəçi “Xəzər Lənkəran”la Azərbaycan Kubokunun ilk yarımfinal matçından əvvəl geniş kütlə qarşısında oyunun baş hakimi Rəhim Həsənovu təhqir edib. Halbuki, cəzalı olduğu üçün onun matçda iştirak hüququ olmayıb. AFFA İntizam Komitəsi Allahverdiyevi 5 oyunluq cəzalandırıb, klubu isə 10000 manat cərimələyib. Üstəlik, futbolçuya verilmiş 5 oyunluq cəzanın Premyer Liqa matçlarına şamil edilməsi qərara alınıb. Bu isə o deməkdir ki, Allahverdiyev yalnız çempionatın son turunda meydana çıxa biləcək.

Əzizov bildirib ki, futbolçu klub rəhbərliyi tərəfindən də sərt cəzaya məruz qalacaq. Amma Allahverdiyevin “Qəbələ”dən kənarlaşdırılma məsələsi hələlik gündəmdə deyil.

Lent.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı müdafiəçi 10 min manatlıq cəriməni özü ödəyəcək. Üstəlik, ona oyunlardan kənarda qaldığı müddətdə uğurlu nəticə qarşılığında mükafat verilməyəcək.

Qeyd edək ki, Elnur Allahverdiyev mövsümün əvvəllərində “Xəzər Lənkəran”dan qovulduqdan sonra “Qəbələ”yə keçib. Qışda isə onunla müqavilə daha 1 il uzadılıb.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın