Menu
Geri İrəli

Qızıl medalçımız: “Döyüşdən öncə prezident gəldi və…”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 İyun 2015 • Baxış sayı: 374 dəfə • Şərh yoxdur

93493 

“Qələbə qazandığım üçün çox sevinirəm. Prezidentin məni alqışlamasından böyük uğur varmı?”

Bunu ANS PRESS-ə açıqlamasında dünən qızıl medal qazanan taekvondoçumuz Ayxan Tağızadə deyib. Qızıl medalçımız həyatında heç bu qədər sevinmədiyini söyləyib.

Ayxan yarışlardan sonrakı təəssüratlarını ANS PRESS əməkdaşı ilə bölüşüb: “Mən döyüşlərə televizorda baxırdım. Gördüm ki, mənim döyüşümdən öncə prezident gəldi. Artıq həyəcanlanmağa başladım. Bizim federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev də gəlib dedi ki, var gücünlə döyüş prezident İlham Əliyev sənin döyüşünə baxmağa gəlib. Düzdü rəqibim güclü idi bunu da görüşdə özünüz də görmüş olarsınız, amma mən qələbə qazandım. Çox sevincliyəm. Həyatımda bu qədər sevinməmişdim. Ən çətin görüşüm elə finalda oldu. Şükür ki, bu yarışda qarşıma qoyduğum hədəfə nail oldum. Müəllimin bütün tapşırıqlarına əməl edərək birinci oldum”, – deyə taekvondoçumuz əlavə edib.

Qeyd edək ki, Ayxan Tağızadə polşalı Karol Robakla final görüşündə rəqibini 10-9 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın