Menu
Geri İrəli

Qızların sırasında ən yaxşı nəticəni sumqayıtlı idmançı göstərib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Mart 2016 • Baxış sayı: 335 dəfə • Şərh yoxdur

Turnirdə üç ölkədən 64 şahmatçı iştirak edib.

Bakıda Respublika şahmat mərkəzində keçirilən “Novruz-2016” Beynəlxalq şahmat turniri başa çatıb.

Oxu.Az xəbər verir ki, üç ölkədən olan 64 şahmatçının iştirak etdiyi turnirin qalibi Elnur Əliyev (Lənkəran) olub. O, 7 partiyadan sonra 6 xal toplayıb. İkinci yaxşı nəticəni eyni anda beş şahmatçı göstərib, onlar 5,5 xal toplayıblar.

Əlavə göstəricilərə görə Çingiz Rzayev (Quba) ikinci, Fazil Hüseynov (Gədəbəy) üçüncü mükafat yerini tutub. Gənc bakılı şahmatçılar Vüqar Manafov, Fərid Mustafayev, eləcə də İrandan olan Mətin Qaffarifar pul mükafatına layiq görülüb.

Qızların sırasında ən yaxşı nəticələri Mələk İsmayıl (Sumqayıt), veteranlar arasında isə ən yaxşı nəticəni Həsənağa Rzayev (Bakı) göstərib. Reytinq kateqoriyalarında xüsusi mükafatları Səbinə Rzalı (Sumqayıt) və Rövşən Talıblı (Bakı) qazanıb.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın