Menu
Geri İrəli

Qurban Qurbanov: “İlk dəfə idi ki, məğlubiyyətə sevinirdim”

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Avqust 2017 • Baxış sayı: 192 dəfə • Şərh yoxdur
Share Button

qurban2“Bu uğuru təkcə biz yox, bütün Azərbaycan xalqı arzulayırdı. Hər kəsi tarixi nailiyyət münasibəti ilə təbrik edirəm. Deyiləcək çox söz yoxdur. Bu uğurun ölkəmizdə futbolun inkişafına bir qədər də təkan verəcəyini düşünürəm”.

Bunu Çempionlar Liqasının “pley-off” mərhələsinin cavab matçında Danimarka təmsilçisi “Kopenhagen”ə 1:2 hesabı ilə uduzmaqla turnirin qrupuna vəsiqə qazanan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “İdman Azərbaycan” telekanalına açıqlamasında deyib.

O, tarixi nəticəni belə şərh edib: “Düşünürəm ki, bu uğur ölkədə futbolun inkişafı üçün böyük bir təkan olacaq. Karyeramda belə bir məğlubiyyətə sevindiyimi xatırlamıram. Oyuna gəlincə, ilk hissədə çıxışımız pis alınmırdı, əsas diqqəti müdafiəyə ayımışdıq. Rəqib də pressinq edirdi. Çalışırdıq ki, təzyiqdən çıxaq və əks hücum quraq. Ev sahibi komanda istər-istəməz daha inamlı oynayır. Futbolçularım isə hər şeyə rəğmən əzmkar və soyuqqanlı oynadılar. Düşündüyümüz kimi alındı və pis olmadı”.

Təcrübəli mütəxəssis yekunda transfer haqqında da danışıb: “Transfer mütləq etmək istəyirik. Çalışırıq ki, heç olmasa, 1-2  oyunçu gətirək. Artıq sabahdan bu haqda düşünməyə başlamalıyıq”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın