Menu
Geri İrəli

Qurban Qurbanov: Mən futbolçulara oruc tutmağı qadağan edə bilmərəm

Müəllif: sumqayitxeber.com • Tarix: 15 İyul 2015 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

2 (1)“Qarabağ”ın baş məşqçisi mətbuat konfransı keçirib.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Monteneqro “Rudar”ı ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransı keçirib.

“Biz bu oyuna yaxşı hazırlaşmışıq. “Rudar”ı zəif rəqib saymırıq, əksinə bu klub çox təhlükəlidir. Bu rəqibin nə dərəcədə topla davranmağı xoşladığını və standart vəziyyətlərdən yararlandıqlarını sabah görəcəksiniz. Topla yaxşı davranmaları bizə problem yarada bilər. Biz rəqibi nə qədər analiz etsək də, onu ilk oyundan sonra tanıyırıq.

Rəqib Reynaldoya xüsusi diqqət yetirəcək? Bu normaldı. Hər komandanın öz lideri var. Əgər Reynaldo yaxşı formada olsa rəqib üçün çoxlu problem yaradacaq.

Sabah mən futbolçulara oruc tutmağı qadağan edəcəyəm? Mən bunu edə bilmərəm”.

Qurban Qurbanov “Qarabağ”ın transfer siyasətindən də danışdı.

“İndi oyunçu tapmaq çətindir. Son bir neçə ildə ilk dəfə Azərbaycana bu qədər az legioner gəlib. Türkiyə və Rusiyada legioner limitini götürüblər. Nə qədər axtarsaq da, azad transfer tapa bilmədik. Əsas odur ki, düşündüyümüz kimi futbolçu olsun. Təcrübəmiz daha çoxdur. Bu bizə kömək edə bilər. Bəzi futbolçularımızla yollarımızı ayırdıq. Əvəzində gənc oyunçular və yeni legionerlər götürdük. Nə qədər uğur qazansaq da, yaxşı transferə ehtiyac olur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın