Menu
Geri İrəli

Qurban Qurbanovun oğlu “Çelsi”yə qarşı oynayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Sentyabr 2017 • Baxış sayı: 371 dəfə • Şərh yoxdur
Share Button

1“Qarabağ” klubunun UEFA Gənclər Liqası üçün sifariş ərizəsi açıqlanıb.

sumqayitxeber.com Report-a istinadən məlumat verir ki, iştirakçı siyahısında 40 oyunçunun adı göstərilib.

Bunlardan 4-ü qapıçı, 11-i müdafiəçi, 19-u yarımmüdafiəçi, 6-sı hücumçudur. Heyətdə 4 legioner yer alıb ki, onlardan 2-si Makedoniya, qalanları Gürcüstan və Ukraynadandır. Sifariş ərizəsində “Neftçi”də çıxış etmiş futbolçular var ki, bunlardan biri də əsas komandanın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanovdur.

Digər tərəfdən, sifariş ərizəsində komandanın baş məşqçisi kimi Rəşad Sadıqov yox, Aftandil Hacıyev göstərilib:

Qapıçılar: 1. Məmməd Hüseynov, 12. Nicat Mehbalıyev, 25. Rəhim Rəhimli, 26. Əfqan Fərruxlu

Müdafiəçilər: 2. Yusif Həsənov, 3. Rahid Ağazadə, 4. Əsgər Hüseynov, 5. Elçin Əsədov, 7. Turan Manafov, 14. İbrahim Huseynov (Gürcüstan), Oliver Stoymenovski (Makedoniya), Nihad Quliyev, Samir Ağakişiyev, Bəşir Ayralov, Aslan Bədəlzadə

Yarımmüdafiəçilər: 6. Əli Əliyev, 8. Nicat Süleymanov, 10. Famin Əliyev, 11. Zaur Fərzəliyev, 13. Davud Mahmudov, 15. Pilağa Mehdiyev, 16. İbrahim Qədirzadə, 17. Ülvi İbrahimov, 18. Süleyman Əhmədov, 19. Boyan Miovski (Makedoniya), Akif Hümbətzadə, 22. Taleh Rzayev, 24. Yaroslav Dede (Ukrayna), 29. Bilal Hüseynli, 30. Kənan Qasımov, 31. Nicat Quluzadə, 35. Tural Bayramov, 37. Nurlan Xəlilov, 38. Hüseyn Əhmədov

Hücumçular: 9. İbrahim Əliyev, 23. Nicat Məmmədov, 32. Xaqani Sadıxov, 33. Musa Qurbanlı, 34. Turan Vəlizadə, 40. Misir Rüstəmov

Baş məşqçi: Aftandil Hacıyev.

Qeyd edək ki, “Qarabağ” Gənclər Liqası ilk matçını sentyabrın 12-də İngiltərənin paytaxtı Londonda “Çelsi”yə qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 14:05-də başlanacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın