Menu
Geri İrəli

Rafael Ağayev bu gün yarışlara qoşulur

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyun 2015 • Baxış sayı: 410 dəfə • Şərh yoxdur

refaelİyunun 13-də karatenin Maradonası hesab edilən Rafael Ağayev yarışlara qoşulur.

Milli.Az Bakı-2015-in saytına istinadən bildirir ki, iyun ayının 13-də, birinci Avropa Oyunlarının 2-ci günündə bir sıra Azərbaycan idmançısı yarışlara qoşulacaq. Onlar müxtəlif idman növlərində mübarizə aparacaqlar. Şənbə günü yarışlarda mübarizə aparacaq Azərbaycan idmançıları və oyunların vaxtı:

Karate: 75 kq kumite, 12:36

Karate üzrə dördqat dünya və doqquzqat dünya çempionu Rafel Ağayev 75 kq çəki dərəcəsində qızıl medal qazanmaq üçün Kristal Zal 2-də mübarizəyə başlayacaq.

“Karatenin Maradonası” kimi tanınan idmançı birillik zədədən qayıtdıqdan sonra 2015-ci ildə İstanbulda Avropa çempionatında titul qazanıb və doğma azarkeşlər onun yenidən qızıl medal qazannacağını gözləyirlər.

Güləş: Yunan-roma 71 kq, 11:03

Rasul Çunayev 2013-cü ildə Kazanda keçirilən Universiadada qalib gələrkən etdiyi rəqsi təkrarlamaq fikrindədir. Onun yüngül və zirək ayaq zərbələri nəticəsində qazandığı qələbə YouTube-da izləmə rekordları qırıb; Çunayev həmin qələbəni özünün ən yaddaqalan çıxışı kimi təsvir edib.

Eks Avropa çempionu yarışda güclü rəqibləri ilə qarşılaşacaq, lakin o, azərbaycanlı azarkeşlərin böyük dəstəyini hiss edəcək.

Dağ velosipedi, 15:30

Orxan Məmmədov qədim Azərbaycan atalar sözünün ona şənbə günü Veloparkda keçiriləcək dağ velosipedi yarışında uğur qazanmaqda kömək edəcəyinə inanır .

Atalar sözünə görə, yuxuda görülənin əksi baş verir. Məmmədov isə yuxuda sonuncu olacağını görüb.

Stolüstü tennis, 09:30

Qadınlar arasında ən reytinqli azərbaycanlı oyunçu Məryəm İmanovanın öndərlik etdiyi Azərbaycanın qadınlardan ibarət stolüstü tennis komandası şənbə günü səhər saatlarında keçiriləcək ilk mərhələ yarışlarında Fransa qarşısında əlindən gələni etməyə çalışacaq.

Voleybol, 16:30

Dünya reytinqində 29-cu olan Azərbaycanın qadınlardan ibarət komandası A Qrupunun Kristal Zal 1-də keçirilən açılış matçında dünya reytinqində 37-ci olan Rumıniyaya qarşı imkanlarını nümayiş etdirəcək.

Azərbaycan komandası son bir neçə ildə əhəmiyyətli dərəcədə inkişaf edib və 2014-cü ildəki uğurdan sonra dünya reytinqində səkkiz pillə irəliləyib. Belə ki, həmin il keçirilən dünya çempionatında onlar 15-ci yeri tutub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın