Menu
Geri İrəli

Rafael Ağayev yenə qələbə qazandı – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Sentyabr 2017 • Baxış sayı: 455 dəfə • Şərh yoxdur
Share Button

Beşqat dünya və 13 dəfə Avropa çempionu olan idmançımız Rafael Ağayev növbəti qələbələrini qazanıb.
sumqayitxeber.com-un məlumatına görə, karatenin “Brilyant oğlanı” baku.ws-ə açıqlamasında bildirib ki, İsveçrənin Bazel şəhərində 8-ci “Basel Open Masters” beynəlxalq karate turnirində iştirak edib. Rafael Ağayev həm 75 kiloqram çəkidə, həm də bütün çəkilər üzrə ilk üçlüyü tutan idmançılar arasında keçirilən yarışda birinciliyə yiyələnib.
Qeyd edək ki, Rafael Ağayev 5 dəfə dünya çempionu, 13 dəfə Avropa çempionu, “Bakı-2015″ Avropa Oyunlarının və “Bakı-2017″ 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Rafael Ağayev beynəlxalq karate turnirində ikiqat qalib oldu - FOTO

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın