Menu
Geri İrəli

Rekordu qıran məşhur azərbaycanlı kimdir?

Müəllif: Sumqayitxeber.com • Tarix: 31 Avqust 2015 • Baxış sayı: 198 dəfə • Şərh yoxdur

39414İdmanın güləş növü üzrə üç dəfə Avropa və üç dəfə Dünya kubokunun sahibi salyanlı pəhləvan-güləşçi Vüsal Cavadlı daha bir ilkə imza atıb.

O, Salyan Olimpiya İdman Kompleksində xüsusi nömrə göstərib. Vüsal Cavadlının məqsədi Qafqaz Dünya Rekordlar Federasiyanın prezidenti Etibar Budaqlının iştirakı ilə Dünya rekordlar kitabına düşmək olub.

Ayaqları bağlı vəziyyətdə başıaşağı sallanan pəhləvan əllərində hər birinin çəkisi 24 kiloqram, dişində isə 32 kiloqram olan çəki daşlarını 16 saniyə saxlayıb. Bununla da Vüsal Cavadlının adı Dünya rekordlar kitabına düşüb.

O, bu ada layiq görülən ilk azərbaycanlıdır. Pəhləvanı gələcəkdə adını Ginnesin rekordlar kitabına da yazdırmaq niyyətindədir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın