Menu
Geri İrəli

Rəsul Çunayev erməni rəqibinə məğlubiyyətinin səbəbini açıqladı

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 1,211 dəfə • Şərh yoxdur
Share Button

cunayevRio-de-Janeyroya qızıl medal üçün gəlmişdim, ancaq təəssüflər olsun ki, bunu bacarmadım.

Oxu.Az xəbər verir ki, bunu Rio-2016-da bürünc medal qazanan yunan-Roma güləşçisi Rəsul Çunayev Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında bildirib.

“Bir şeyi düşünmək lazımdır ki, hamıdan çox, mən özüm onu udmaq istəyirdim. Qismət olmadı. Buna baxmayaraq Vətən üçün bürünc medalı əldən vermədim. Mən çoxdandır 66 kq. çəki dərəcəsində çıxış etmirdim. Olimpiadaya düşmək üçün 1 çəki aşağı dərəcədə mübarizə aparmalı oldum. Bunda, əlbəttə ki, çəki azaltmağım böyük rol oynadı. Rəqiblərim çətin idi, tanıdığım rəqiblər idi – olimpiya çempionu, dünya çempionu…Qalib gəlmək üçün gərək ki, güclünü udasan. Yalnız yarımfinal görüşündə nəsə səhvə yol verdim.

Məni dəstəkləyən hər kəsə çox minnətdarlığımı bildirirəm. Mən də istərdim ki, onları sevindirim. Tənqid edənləri də başa düşürəm. Düşmən idmançıya uduzmuşam. Ancaq bilin ki, hamıdan çox özüm qələbə qazanmaq istəyirdim. Bu dəfə alınmadı”, – deyə o qeyd edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın