Menu
Geri İrəli

“Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmadı

Müəllif: Sumqayitxeber.com • Tarix: 10 Avqust 2015 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

2a0640a7-4b2f-4846-9632-31a5dc15f0ec_292Topaz Premyer Liqasının 2015/2016-cı illər mövsümünün ilk turunda keçirilən “Rəvan” – “Sumqayıt” görüşündə hesab açılmayıb.

“Report”un məlumatıbna görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov qarşılaşmaya münasibət bildirərək deyib: “Cari çempionatın ilk oyununa çıxdıq. İstənilən komanda üçün ağırdır. Biz 10 nəfər qaldıqdan sonra vəziyyətə nəzarət “Rəvan”ın əlinə keçdi. Buna baxmayaraq, futbolçular mübarizə apardılar. Qarşıdakı oyunlara hazırlaşmalıyıq”.

“Rəvan”ın baş məşqçisi Emin Quliyev isə öz növbəsində qeyd edib ki, komanda yeni formalaşdırılıb: “Çatışmazlıqlar vardı. Ümumi götürsək, yaxşı oynadıq. Futbolçulara təşəkkür edirəm. Əvəzlənən zaman etiraz edən Fərid Quliyevi cəza gözləyir”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın