Menu
Geri İrəli

“Reynaldo barədə tam fikir bildirə bilmərik…”

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 232 dəfə • Şərh yoxdur

qub

Topaz Preyer Liqasının VIII turun qarşılaşmaları davam edir. Baş tutan qarşılaşmada “Qarabağ” evdə “Zirə”ni 4:1 hesabı ilə məğlub edib.

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı (“Azərsun Arena”) matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib:

- Azarkeşlər üçün maraqlı, bolqollu oyun izlədik. “Zirə” oyundan-oyuna öz optimal oyununu tapır. Onlar bu oyunda da pis oynamadı. Oyuna yaxşı hazırlaşmışdıq. Hər şey istədiyimiz kimi alındı, bəzi səhvləri çıxmaq şərtiylə.

- Zədəlilərlə bağlı vəziyyət nə yerdədi?

- Mövsümün bu dövrü futbolçuların yükləndiyi vaxtdı. Reynaldo barədə tam fikir bildirə bilmərik. Həkimlərin müayinəsindən sonra konkret fikir bildirə bilərik. Maksim artıq məşqlərə başlayıb. Cavidin isə bir həftəyə 10 günə məşqlərə başlayacağı güman olunur. İlqarın zədəsiylə bağlı konkret məlumatım yoxdu.

- Məşqçiliyə yeni başlayanda sizə təzyiq çox olsa da, klub sizin arxanızda dayandı. Ancaq son vaxtlarda Azərbaycan klublarında ardıcıl istefalar başladı. Sizcə, bu nə ilə bağlıdı?

- Məşqçilik elə peşədi ki, burda mütləq klub rəhbərliyiylə dialoqda olmalısan. Düzünü desəm, onları inandırmağı bacarmalısan. Bəzən olur ki, çempion olan məşqçilər belə klubu tərk edir. Bunun da səbəbi rəhbərliklə məşqçi arasında fikir ayrılığıdı. Mən öz yerimə danışa bilərəm. Mənim klub rəhbərliyiylə dialoqum alınır. Məncə bu, həmin məşqçilər üçün yaxşı təcrübə oldu. Uğursuzluq həmişə ola bilər. Mourinyo da son vaxtlar uğursuzluqla üzləşir.

- Penalti barədə nə deyə bilərsiz?

- Penalti var idi ki, verildi. Keçən oyunda penalti qərarına şübhə ilə yanaşmışdım.

- Yeganə məğlubiyyətsiz komandasız. Bu komandada arxayınçılıq yarada bilər?

- Arxayınçılıqdan qaçmaq mümkün deyil. Ancaq maksimum çalışırıq ki, bu olmasın. Qarşıda “Monako”yla oyun var. Hər halda, biz də nə vaxtsa məğlub olacağıq.

- Səmimi deyin, “Qəbələ”dən başqa kimisə çempionluq uğrunda mübarizədə rəqib kimi görürsüz?

- “Qəbələ” ən real namizəddi. Ancaq futbolda hər şey ola bilər. Çempion olmaq üçün hər oyunda qalib gəlməliyik.

- “Sent-Etyen”lə “Monako”nu müqayisə edərdiz…

- Bu komandaları müqayisə etmək istəməzdim. “Monako” tam fərqli oyun sərgiləyir. Onların hər an oyunun taleyini dəyişəcək oyunçuları var. Məncə, hamısı eyni səviyyəli komandalardı. Ola bilsin, bəzi komponentlərdə hansısa üstünlüyü ola bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın