Menu
Geri İrəli

Rio -2016: Çunayevdən 1/4 finala yüksəlib

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 1,409 dəfə • Şərh yoxdur

memiszade

Azərbaycanı Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində təmsil edən Rəsul Cunayev 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Lent.az-ın məlumatına görə, Cunayev 1/8 final mərhələsində rusiyalı İslambek Albiyevlə üz-üzə gəlib. Görüş təmsilçimiz 3:2 hesabı ilə qalibiyyəti ilə nəticələnib. Cunayev 1/4 final mərhələsində Əlcazahir idmançısı Tarek Aziz Benaissa ilə güləşəcək.

***

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir. Apasport.az saytının məlumatına görə, bu gün Yunan-Roma güləşində ölkəmizi 66 kq çəkidə təmsil edən Rəsul Çunayev mötəbər turnirdə debüt edib.

 

Avropa və dünya çempionumuz mübarizəyə 1/16 finaldan start verib. O, ilk cəhdində kubalı Migel Palasio Martinezlə münasibətinə aydınlıq gətirib. Görüş həmyerlimiz üçün uğursuz başlasa da, Çunayev məğlubiyyətdən qaça bilib. Pəhləvanımız 0:2 hesabı ilə geridə olduğu görüşü 4:2 hesabı ilə xeyrinə bitirib.

 

 

 

Qeyd edək ki, güləş yarışlarının ilk günündə Rövşən Bayramov (59 kq) və Elvin Mürsəliyev (75 kq) müvafiq olaraq, 5-ci və 7-ci yerləri tutublar. İkinci gün isə Saman Təhmasibi (85 kq) 13-cü olubsa, ən ağır çəkidə (130 kq) mübarizə aparan Sabah Şəriəti 3-cü yeri tutaraq isə güləş yığmamıza ilk medalı qazandırıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın