Menu
Geri İrəli

“Rio-2016”ya 11-ci lisenziya

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Oktyabr 2015 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur

14460534962850525676_1000x669 (2)

Azərbaycan idmançıları gələn il Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına növbəti lisenziya qazanıblar.

Qətərin paytaxtı Dohada təşkil olunan atletika üzrə dünya çempionatının 100 metr məsafəyə qaçış yarışlarında mübarizə aparan idmançımız Yelena Çebanu gümüş medal əldə edib. Bununla, atletimiz “Rio-2016” Paralimpiya Oyunlarına birbaşa lisenziyanı təmin edib. Bu, Azərbaycan Milli Paralimpiya Komitəsinin qazandığı 11-ci lisenziyasıdır.

Yelena Çebanudan əvvəl nizətullama yarışlarında İradə Əliyeva, uzunluğa tullanmada Elçin Muradov, cüdoçularımız İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), Ramil Qasımov (73 kq), Bayram Mustafayev (60 kq), üzgüçülər Dmitri və Roman Saley, pauerliftinq idmanı üzrə Elşən Hüseynov (107 kq) və uzunluğa tullanma üzrə Kamil Əliyev “Rio-2016” Paralimpiya Oyunlarına lisenziya qazanıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın