Menu
Geri İrəli

Ronaldu 5 il müddətinə həbs oluna bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2017 • Baxış sayı: 727 dəfə • Şərh yoxdur

ronaldoİspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 – 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib.

Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.

Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər – futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın