Menu
Geri İrəli

Rövnəq Abdullayev: “regionlarda bir neçə “Sumqayıt” layihəsi həyata keçiriləcək”

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2014 • Baxış sayı: 350 dəfə • Şərh yoxdur

rovneq-abdullayev-esas3

“Ən vacib məsələ futbolun populyarlaşması, azarkeşlərin stadionlara gəlməsidir”. Lent.az-ın məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. O bildirib ki, paytaxtı təmsil edən klubların bölgələrə yayılması təklifində yenə qalır.

Abdullayev onu da bildirib ki, ”Sumqayıt” Topaz Premyer Liqasından çıxarılmayacaq. “Əksinə, regionlarda bir neçə “Sumqayıt” layihəsi həyata keçiriləcək: Bu, heyətində xarici futbolçu oynamayan komandadır. Belə komandaları saxlamaq lazımdır”.

O, Premyer Liqanın dünyadakı bütün milli çempionatlar arasında 43-cü pilləyədək irəliləməsini də xüsusi vurğulayıb: “Bunu da deməliyik. Məgər Braziliya səviyyəsinə gəlib çatmalı idik?”

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın