Menu
Geri İrəli

Rövnəq Abdullayevlə turniri canlı izləyir

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 259 dəfə • Şərh yoxdur

thumb420_20151017190007299

Bu gün Fransanın paytaxtı Parisdə cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb.

Bununla əlaqədar Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev də sözügedən ölkəyə səfərə yollanıb.

O, qurumun vitse-prezidenti Sadıq Sadıqov və Elnur Məmmədli ilə birgə yarışı canlı izləyir.

Bunadək isə ACF prezidenti Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizirlə görüş keçirib. Vizir Abdullayevi ACF-yə yeni prezident təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arulayıb. O, həmçinin ölkəmizdə idmana dövlət səviyyəsində qayğı göstərilməsini yüksək qiymətləndirib. Vizir həmçinin Avropa Oyunlarının yüksək səviyyədə keçirildiyini də diqqətə çatdırıb.

Qeyd edək ki, “Böyük dəbilqə” turniri Parisin “Akkor Hotels Arena” kompleksində keçirilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın