Menu
Geri İrəli

Şahmatçımız Dünya kubokuna sahib çıxdı

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 541 dəfə • Şərh yoxdur

shahmat-turniriRusiyanın paytaxtı Moskva şəhərində şahmat məsələ və etüdlərinin həlli üzrə 7-ci Dünya kuboku təşkil olunub. Goal.az xəbər verir ki, ölkəmizin idman şərəfini bu yarışda Araz Alməmmədov (Qəbələ), Ramil Cavadov (İsmayıllı), Zaur Məmmədov, Nərmin Məmmədova (hər ikisi Bakı), Misrətdin İskəndərov (Sumqayıt) və şahmat bəstəçiliyi üzrə yığma komandanın baş məşqçisi İlham Əliyev (Sumqayıt) qoruyublar. 24 nəfərin qələbə uğurunda mübarizə apardığı yarış 4 turdan ibarət olub və hər turda həll üçün altı tapşırıq təqdim olunub. Paytaxt təmsilçisi Zaur Məmmədov bütün rəqiblərini məğlub edərək ilk dəfə dünya kubokunun sahibi olub. O, 93,5 xal toplayaraq bu titula yiyələnib. Misrətdin İskəndərov 80,25 xalla 6-cı, Araz Alməmmədov isə 74,75 xalla 7-ci yeri tutaraq mükafatçılar sırasına daxil olublar. Komandanın digər üzvləri Ramil Cavadov 58,75 xalla 17-ci, Nərmin Məmmədova 52,5 xalla 20-ci pillədə qərarlaşıblar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın