Menu
Geri İrəli

Şahmatçımız qalib oldu

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 15 Noyabr 2014 • Baxış sayı: 295 dəfə • Şərh yoxdur

Məmmədyarov Memorial Tal turnirinin qalibi olub

1413177303_sehriyar-memmedyarovAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov blits üzrə beynəlxalq turnirin qalibi olub.

Sumqayitxeber.com “Sportpress”ə istinadən xəbər verir ki, şahmatçımız Rusiyada Mixail Talın xatirəsinə həsr olunan beynəlxalq blits yarışını lider kimi başa vurub.

12 şahmatçının iştirak etdiyi və ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirdə Məmmədyarov 22 matçdan 16 xal toplayıb.

Yarışda ikinci yeri tutan Rusiya təmsilçisi Aleksandr Qrişuk təmsilçimizdən 0,5 xal geri qalıb.

Üçüncü yeri əlavə əmsallara görə Boris Gelfand (İsrail) tutub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın