Menu
Geri İrəli

Samir Abasov: “Mən onları nəinki azarkeş, heç sumqayıtlı saymıram”

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2017 • Baxış sayı: 156 dəfə • Şərh yoxdur

b967dd0f-ee28-443d-bf60-5ac0e9e90697_292“Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov futbol üzrə Azərbaycan Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

“Report”un məlumatına görə, gənc mütəxəssis əvvəlcə oyunu dəyərləndirib…

- Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda AZAL-a daha çətin oyunumuz var. Qol vəziyyətlərinə baxsaq, “Neftçi” qələbəyə daha layiq idi. Amma hələ bu komanda ilə Sumqayıtda oyunumuz olacaq. Dünya dağılmayıb. Orda qalib gələrik.

- “Sumqayıt” iddialı rəqiblərə asanlıqla məğlub olmur. Gələcək planlarınız nədir?

- Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindir. Bu günlə yaşayırıq.

- Azarkeşlərinizlə insident oldu…

- Haramları olsun. Mən o adamları nəyinki azarkeş, sumqayıtlı saymıram. Bəlkə də, hansısa ehtiyatda qalan futbolçumuzun qohumu idilər.

- Amil Yunanovu meydana gec buraxmadınız ki?

- Məncə, gec deyildi. Çıxdı, ötürmə də verdi. Vura bilmədik.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın