Menu
Geri İrəli

Samir Abbasov: “Muxtar Babayev komandada potensial görürsə, mən bir söz deyə bilmərəm“

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Mart 2016 • Baxış sayı: 655 dəfə • Şərh yoxdur

“İkinci hissədəki kimi oynasaq, nəticə qazana bilərdik. “İnter” kimi komandaya qol vurmaq onsuz da çətindir”.

Futbolmedia.az xəbər verir ki, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov Topaz Premyer Liqanın 24-cü turunda bu gün “İnter”ə uduzduqları oyundan (0:1) sonra deyib.

“İkinci hissədəki penalti tələbləri azarkeşlərə məxsusdur. Videoyazıya yenidən baxıb qərar verəcəyik, ancaq bu heç nəyi dəyişməyəcək. Baş hakim epizodun yaxınlığından belə qərar veribsə, biz ona inanmalıyıq. Qol epizodları yaradırıq, amma istifadə edə bilmirik”.

S. Abbasov ölkə kubokunun 1/4 finalında “Qarabağ”la qarşılaşacaqları oyun haqda da fikir bildirib: “Cüzi olsa da, ümidimiz kubokadır. Erkən qol vursaq, “Qarabağ”ı keçə bilərik.

Baş məşqçi komandada böyük dəyişikliklərin olacağını deyib: “Qışda rəhbərliyin qarşısına 12-13 nəfərlik heyət qoymuşduq. Amma rəhbərliyi də başa düşürəm. Bu qədər oyunçu gətirmək çətindir. Buna baxmayaraq, mayda böyük dəyişikliklər olacaq. Bəlkə, bu futbolçular digər komandalarda özlərini göstərə bildilər. Vaqif Cavadov anlamalıdır ki, komanda onun üçün yox, o, komanda üçün oynamalıdır. Amma kənardan onun haqda kimlərsə nəsə deyirsə, biz Vaqifi baltalamalı deyilik. Qarşıdakı 12 oyunun hamısında da uduzsaq belə, postumda qalacağam. Klubumuzun Müşahidə Şurasının sədri Muxtar Babayev komandada potensial görürsə, mən bir söz deyə bilmərəm. Hər şey ortadadır”.

S.Abbasov Azərbaycan Kubokunun ilk 1/4 final matçının referisi olan Orxan Məmmədov haqda da maraqlı fikirlər səsləndirib: “Orxanı təhqir etmişəm. Bilmirəm, bizim “Rəvan”la oyuna görə “yanan” hakimi oyunumuza təyin etmək nə dərəcədə düzgündür? O da bizim bəzi futbolçular kimi oyuna rəngi ağarmış halda çıxır. Beləsini söyməyəsən, neyləyəsən?”
mənbə sportnet.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın