Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov 18-ci oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2014 • Baxış sayı: 334 dəfə • Şərh yoxdur

shahriyarBeynəlxalq Şahmat Federasiyası 2014-cü il iyul ayı üçün planetin ən güclü şahmatçılarının yeni reytinq siyahısını dərc edib.

ANS PRESS-in məlumatına görə, norveçli Maqnus Karlsen kişi şahmatçılar arasında reytinq siyahısında yenə birinci yerdədir (2877).

Azərbaycan qrossmeysterləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov, müvafiq surətdə 18-ci, 28-ci və 88-ci yerlərdədir.

Reytinq əmsalı 2743 olan Şəhriyar Məmmədyarov bu dəfə də Azərbaycanın ən güclü qrossmeysteridir.

Teymur Rəcəbovun aktivində 2724 xal var, Rauf Məmmədovun reytinq əmsalı isə 2659-a bərabərdir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın