Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov ikinci dəfə evləndi (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyul 2017 • Baxış sayı: 1,643 dəfə • Şərh yoxdur

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov bu gün ikinci dəfə subaylığın daşını atıb.

sumqayitxeber.com goldnews.az-a istinadən xəbər verir ki, toy hazırda Bakıdakı şadlıq saraylarından birində keçirilib. Şəhriyarın toy mərasimində qohumları, yaxınları ilə yanaşı, idman ictimaiyyətinin tanınmış simaları iştirak edib.

Qeyd edək ki, dünyanın üç ən yaxşı şahmatçısından biri sayılan Şəhriyar Məmmədyarov bu ilin aprel ayında nişanlanıb.

Şahmatçı bu barədə sosial şəbəkədə status da yazmışdı: “Bu gün gözəl və özəl gündür. Nişanlandım. Xoşbəxt həyat”.

Xatırladaq ki, qrossmeyster bundan əvvəl 2012-ci ildə Nərmin adlı xanımla ailə həyatı qurub, lakin cütlük daha sonra müəyyən səbəblərdən ayrılıb.

MTU5NzZkMzllYmM2NDI_1 Без названия

Facebook Şərhləndirmə:

Şərhinizi yazın