Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov növbəti qələbə ilə 3-cü pillədə!

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Mart 2014 • Baxış sayı: 363 dəfə • Şərh yoxdur

Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən İddiaçılar Turnirində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ikinci qələbəsini qazanıb.Lent.az-ın məlumatına görə, Məmmədyarov 6-cı turda rusiyalı Peter Svidleri yenməyi bacarıb.

Svidler ağ fiqurlarla oynayan təmsilçimizin 31-ci gedişindən sonra təslim olub. Bununla da 29 yaşlı şahmatçımız aktivindəki xalları 3-ə çatdırıb. Daha öncə o, 4-cü turda başqa bir rusiyalı Dmitri Andreykini yenib. Veselin Topalov (Bolqarıstan) və Sergey Karyakinlə (Rusiya) heç-heçə edən Məmmədyarov Vişvanatan Anand (Hindistan) və Levon Aronyana (Ermənistan) uduzub.

6-cı turun digər görüşlərinin nəticələri:

Veselin Topalov (Bolqarıstan) – Vladimir Kramnik (Rusiya) – 1:0

Vişvanatan Anand (Hindistan) – Sergey Karyakin (Rusiya) – 0,5:0,5

Levon Aronyan (Ermənistan) – Dmitri Andreykin (Rusiya) – 0,5:0,5

Bu nəticələrdən sonra Anand 4 xalla liderliyini qoruyub. Aronyan 3,5 xalla yenə 2-ci pillədədir. Məmmədyarov isə Topalov, Kramnik və Svidlerlə birgə hərəyə 3 xalla 3 – 6-cı yerləri bölüşür. Karyakin 2,5 xalla 7-ci, Andreykin 2 xalla sonuncu pillədə qərarlaşıb.

shahriyar

Növbəti turun görüşləri martın 21-də olacaq. Məmmədyarov ilk dövrənin son turunda qara fiqurlarla Kramnik önünə çıxacaq. Həmin gün Karyakin Aronyanı, Svidler Anandı, Andreykin Topalovu sınağa çəkəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın