Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov reytinq cədvəlində irəliləyib

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2015 • Baxış sayı: 346 dəfə • Şərh yoxdur

shehriyarBeynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb.

Goal.az xəbər verir ki, iyul üçün müəyyənləşən “Top-100″də 2 həmyerlimiz yer alıb. Belə ki, müəyyən fasilədən sonra Teymur Rəcəbov “20-liyə” qayıdıb.

Ötən ayla müqayisədə 3 pillə irəliləyən qrossmeysterimiz 19-cu yerə yüksəlib. Onun aktivində yenə 2738 xalı var. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov da irəliləyib. Qrossmeysterimiz 23-cü pilləni 22-yə dəyişib. O, 2735 reytinq xalına malikdir.

Qeyd edək ki, qadınların cədvəlində isə ən güclü 100 şahmatçı arasında Azərbaycan təmsilçisi yer almayıb.

Milli.Az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın