Menu
Geri İrəli

Şəhriyar Məmmədyarov “Vyana Open – 2015” turnirində iştirak edəcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 15 Avqust 2015 • Baxış sayı: 330 dəfə • Şərh yoxdur

209104Azərbaycan şahmatçıları Avstriyada bu gün start götürəcək Vyana Open-2015 beynəlxalq turnirində iştirak edəcək.
Turnirdə 457 şahmatçı iştirak edəcək.Onlardan 20-si qrossmeysterdir. Bu qrupda Azərbaycanı Nərgiz Umudova təmsil edəcək. Oyunlar İsveçrə sistemi ilə 9 turda keçiriləcək.
C turnirində Azərbaycan Hüseyn Ağayev, Rəşad Qasımov, Tofiq İsmayılov, Rasim Qafarlı və Rüstəm Qafarlı, o cümlədən 86 şahmatçı tərəfindən təmsil ediləcək.
Digər Azərbaycan şahmatçıları Riad İsmayılov, Kamilla İsrafilova, Əzim Kazımov, Üzeyir Mustafayev və Nihad Teymurlu isə D turnirində oynayacaq.
“Vyana Open – 2015” turnirinin proqramında Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilə yerli şahmatçı Markus Raqqer arasında altı partiyadan ibarət matç nəzərdə tutulub. İki qrossmeyster arasında matç avqustun 17-dən 22-dək davam edəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın