Menu
Geri İrəli

Səkkiz yaşlı sumqayıtlı idmançı dünya çempionu oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 5 May 2015 • Baxış sayı: 965 dəfə • Şərh yoxdur

Mayın 1-dən 3-dək İtaliyanın Verona şəhərində döyüş növləri üzrə dünya çempionatı keçirilib.

7 yaşlı sumqayıtlı idmançı Saday Qasımzadə İtaliyanın Verona şəhərində keçirilən dünya çempionatında qələbə qazanıb. Bu barədə sumqayitxeber.com-a idmançının yaxınları məlumat veriblər.

30 kq çəki dərəcəsində döyüşən Saday full kontakt versiyası üzrə dünya birincisi olub.

Saday idmanın ən çətin növlərindən olan qaydasız döyüş növü ilə məşğul olur. O, Bolqarıstanda keçirilən  qaydasız döyüş növləri üzrə Dünya Kubokunun qalibi olub. Sadayın qələbəsi təkcə ölkəmizin yox, Türkiyə mətbuatının da diqqətini cəlb etmişdi.

11069802_1390091947985372_2501364119866839083_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın