Menu
Geri İrəli

Soçi Olimpiadası başa çatdı – Medalçıların SİYAHISI

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Fevral 2014 • Baxış sayı: 382 dəfə • Şərh yoxdur

sochi_index

Fevralın 23-də Soçidə XXII Qış Olimpiya Oyunlarının təntənli bağlanış mərasimi keçirilib.
“Fişt” Olimpiya stadionunda təşkil olunmuş mərasimdə Rusiya Federasiyasının prezidenti Vladimir Putin və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iştirakçıları salamlayıblar.

Mərasimdə iştirakçı ölkələrin bayraqları meydana gətirilib və dünya ölkələri olimpiyaçılarının yürüşü olub.

Sonra Rusiya mədəniyyətinə həsr olunmuş bədii hissə olub. Bədii hissədə məşhur pianoçu Denis Maçuev Raxmaninovun “İkinci fortopiano konserti” əsərini 62 fortapionun müşayiəti ilə ifa edib, Nikolay Karsakovun “Şəhrizad” simfonik süitasının sədaları altında Rusiyanın Böyük və Marinski teatrlarının aktyorları tamaşaçılara xoş anlar yaşadıblar. “Maskarad” filminin musiqisinin sədaları altında Rusiyanın 23 məşhur yazıçısının yaradıcılığına həsr olunmuş hissə nümayiş olunub. “Sirk möcüzələri” adlı hissədə 120 personaj tamaşaçılara təqdim olunub.

XXII Qış Olimpiya Oyunlarının bağlanış mərasimində Olimpiya bayrağı BOK-un prezidenti T.Baxa təqdim olunub. Ali Olimpiya qurumunun prezidenti bayrağı 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcək Koreya Respublikasının nümayəndəsinə verib. Sonra Olimpiya Oyunlarının vətəni Yunanıstanın və Koreya Respublikasının bayraqları qaldırılıb və dövlət himnləri ilə yanaşı, Olimpiya himni də səsləndirilib.

Şou başa çatdıqdan sonra “Soçi-2014”ün Təşkilat Komitəsinin sədri Dmitri Çernışenko çıxış edib.

Sonda Soçi Qış Olimpiya Oyunlarının rəsmi talismanı ağ ayı, dovşan və bəbirin iştirakı ilə Olimpiya məşəli söndürülüb və atəşfəşanlıq olub.

Xatırladaq ki, Soçi Olimiya Oyunlarında yarışlar 11 idman infrastrukturunda təşkil olunub. Olimpiadada 2800-ə yaxın idmançı öz gücünü yoxlayıb. Onlar 7 idman növündə 98 dəst medal uğrunda mübarizə aparıblar.
Bütövlükdə 88 ölkənin qatıldığı yarışa 3 milyarddan artıq tamaşaçı baxəb. Olimpiadada ən çox idmançı ilə ABŞ təmsil olunub. Təxminən 230 amerikalının qatıldığı möhtəşəm oyunlarda ev sahibi Rusiya 225 atletlə yarışıb.
Bu Olimpiya Oyunları bir neçə göstərici üzrə rekord müəyyənləşdirib. Soçidə 88 ölkədən olan idmançılar çıxış ediblər ki, bu da dörd il bundan əvvəl Vankuverdə keçirilmiş oyunlardan 6 ölkə çoxdur.

Rusiya millisi XXII Soçi Qış Olimpiya Oyunlarının medal sıralamasında birinci pillədə qərarlaşıb. Ev sahibi olan komandanın hesabında 13 qızıl, 11 gümüş və 9 bürünc medal var.

Norveç yığması 26 medalla (11-5-10) ikinci, Kanada millisi isə 25 medalla (10-10-5) üçüncü pillədə yer alıb.
Azərbaycan Olimpiya Oyunlarında dörd idmançı ilə təmsil olunsa da, mükafatçılar sırasına düşə bilməyib. Ümumilikdə XXII Qış Olimpiya Oyunlarında 26 ölkədən idmançılar medal qazanıblar.

 

Sıra Ölkələr Qızıl Gümüş Bürünc Cəmi
1 Rusiya 13 11 9 33
2 Norveç 11 5 10 26
3 Kanada 10 10 5 25
4 ABŞ 9 7 12 28
5 Niderland 8 7 9 24
6 Almaniya 8 6 5 19
7 İsveçrə 6 3 2 11
8 Belarus 5 0 1 6
9 Avstriya 4 8 5 17
10 Fransa 4 4 7 15
11 Polşa 4 1 1 6
12 Çin 3 4 2 9
13 Cənubi Koreya 3 3 2 8
14 İsveç 2 7 6 15
15 Çexiya 2 4 2 8
16 Sloveniya 2 2 4 8
17 Yaponiya 1 4 3 8
18 Finlandiya 1 3 1 5
19 Böyük Britaniya 1 1 2 4
20 Ukrayna 1 0 1 2
21 Slovakiya 1 0 0 1
22 İtaliya 0 2 6 8
23 Latviya 0 2 2 4
24 Avstraliya 0 2 1 3
25 Xorvatiya 0 1 0 1
26 Qazaxıstan 0 0 1 1

 

Qeyd edək ki, isə martın 7-dən 16-dək Soçidə XI Qış Paralimpiya Oyunları keçiriləcək.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın