Menu
Geri İrəli

Sotomayor “Rio-2016″-nın ən azı bürünc medalını təmin edib

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 559 dəfə • Şərh yoxdur

sotomayor“Rio-2016″ Yay Olimpiya Oyunlarında boks yarışlarında növbəti görüşlər keçirilib.

Oxu.Az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor 1/4 final döyüşünə çıxıb.

64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz kubalı Yasnier Toledoya hər üç raundda (3:0) qalib gələrək yarımfinal mərhələsinə adlayıb.

Bununla da, Azərbaycan boksçusu ən azı bürünc medalı təmin edib.

Sotomayorun növbəti mərhələdə rəqibi Almaniya təmsilçisi Artyom Harutunyan olacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın