Menu
Geri İrəli

“Qalatasaray”ın kapitanı “Sumqayıt”da

Müəllif: sumqayitxeber.com • Tarix: 6 İyun 2012 • Baxış sayı: 270 dəfə • Şərh yoxdur

“Sumqayıt” “Qalatasaray”ın yetirməsini heyətinə qatır. Fanat.az xəbər verir ki, gənclik şəhəri təmsilçisi “Sivasspor”da çıxış edən Məhəmməd Ali Atamı Azərbaycana gətirmək istəyir.

“Sumqayıt” bu futbolçunu icarəyə götürmək niyyətindədi. Əgər o, ümidləri doğrultsa, “Sumqayıt” müqavilənin müddətini artıracaq.

Qeyd edək ki, Məhəmməd Ali Atam “Qalatasaray”ın yetirməsidi. 14 yaşında – 2002-ci ildə “İFA Spor”dan “Qalatasaray”a gələn futbolçu 6 il İstanbul klubunda futbolun sirrlərini öyrənib. 2006-2009-cu illərdə “Qalatasaray”ın əvəzedici komandasında oynayan və kapitan sarğısını daşıyan Məhəmməd 2008-2009 mövsümündə əsas heyətə cəlb olunsa da, meydana çıxmayıb və “Erzincanspor”a icarəyə verilib. 2009-cu ildə “Sarıyer”ə keçən futbolçu 2010-da “Anadolu Üsküdar 1908″ə transfer olunub. Həmin “Sivasspor”a icarəyə verilən Məhəmməd daha sonra bu komandaya transfer edilib.

24 yaşlı futbolçunun Azərbaycanla bağlığılı var. Belə ki, onun ailəsi illər əvvəl Naxçıvandan Türkiyəyə köçüb. Futbolçu özü 1988-ci ilin 21 mayında İstanbulun Fatih qəsəbəsində dünyaya gəlib. O, 2004-2005-ci illərdə Türkiyənin U-17 yığmasında 13 oyun keçirib və 2005-ci ildə Avropa çempionu olub.

Fanat.az

Facebook Şərhləndirmə:

Şərhinizi yazın