Menu
Geri İrəli

“Sumqayıt” da sevindi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 364 dəfə • Şərh yoxdur

Futbol üzrə Topaz Premyer Liqasında daha bir futbolçu keçidi baş tutub. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, qış transfer dövründə adı “Sumqayıt” klubunun sifariş vərəqəsinə əlavə edilmiş qapıçı Andrey Popoviçin transferi rəsmiləşib.

Türkiyənin “Tavşanlı Linyitspor” klubundan transfer edilən Popoviç yeni komandasında 1 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Premyer Liqada 20 turdan sonra 8 xalla sonuncu – 10-cu pillədə olan “Sumqayıt” növbəti turda özündən 1 xal və 1 pillə irəlidəki “Rəvan”ı qəbul edəcək. Fevralın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyun saat 16:00-da başlanacaq.

futbol

Facebook Şərhləndirmə:

Şərhinizi yazın