Menu
Geri İrəli

“Sumqayıt” FK “Xəzər Lənkəran”la oyuna hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Aprel 2013 • Baxış sayı: 229 dəfə • Şərh yoxdur

Topaz Premyer Liqasının növbəti turu çərçivəsində səfərdə “Xəzər Lənkəran”la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını davam etdirir. Xeyli müddətdir zədəli olan Pərdis Fərcad-Azad və Can Akgün artıq məşqlərə başlayıb. Hər iki futbolçu bu gün keçirilmiş iki tərəfli oyunda çıxış edib. Yüngül zədəsi olan Slavik Alxasov və Murad Doymuş isə fərdi məşqlərlə kifayətlənib. U-19-un heyətindən qayıdan Ruslan Nəsirli və Şamil Cəmaləddinov da artıq komandaya qoşulub.
Qeyd edək ki, “Xəzər Lənkəran” – “Sumqayıt” oyunu saat 19:00-da start götürəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın