Menu
Geri İrəli

“Sumqayıt” futbol klubu Özbəkistanın “Nasaf” klubu ilə qarşılaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Yanvar 2017 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

14846582703238022554_1000x669 (1)Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib. Komanda Özbəkistan klubu “Nasaf”la qarşılaşıb.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC–a bildiriblər ki, qarşılaşma “Nasaf”ın üstünlüyü ilə başa çatıb – 0:1.

Qeyd edək ki, “Nasaf” son mövsüm ölkə çempionatını 3-cü pillədə başa vurub.

Xatırladaq ki, “Sumqayıt” Antalyada son yoxlama oyununu yanvarın 19-da Qazaxıstan təmsilçisi “Atırau”ya qarşı keçirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın