Menu
Geri İrəli

“Sumqayıt” futbol klubu “Qəbələ” komandası ilə qarşılaşıb

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Mart 2015 • Baxış sayı: 418 dəfə • Şərh yoxdur

14258915703266737697_750x500Topaz Premyer Liqasında 25-cü turun oyunları keçirilib. Turun son oyununda “Sumqayıt” futbol klubu Tofiq Bəhramov adına respublika stadionunda “Qəbələ” komandası ilə görüşüb.
“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən AZƏRTAC -a bildirilib ki, maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə qonaqlar 0:2 hesabla məğlub olublar.
Qarşılaşmadan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Birinci hissəyə çox pis başladıq. İkinci hissədə isə oyunda tarazlıq yaratdıq. Amma qol vura bilmədik. Müdafiədə yaxşı oynayırıq, hücumda isə çətinlik çəkirik. Bunun üzərində işləmək lazımdır. “Qəbələ”yə uğurlar arzulamaq istəyirəm”.
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk bildirib: “Qələbə qazandığımıza görə şadam. Liderlərdən geridəyik, ona görə də hər oyunda meydançaya 3 xal üçün çıxmalıyıq. Ümumilikdə, oyunumuzdan razıyam. Futbolçularımızı təbrik edirəm”.
Qeyd edək ki, hər iki qolu Viktor Mendi vurub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın