Menu
Geri İrəli

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyul 2017 • Baxış sayı: 590 dəfə • Şərh yoxdur
Share Button

1501233655_yenisumqayit.az-3İyulun 23-də Bakıda Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən “Brazilya Ciu-citsu” (Gi, No-gi) versiyaları üzrə beynəlxalq turnir keçirilib. Tədbir Azərbaycan Ciu-Citsu Milli Federasiyasının Braziliya Ciu-Citsu Departamentinin təşkilatçılığı ilə baş tutub.

Turnirdə Azərbaycanla yanaşı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Qazaxıstan, Gürcüstan, Ukrayna və Rusiyadan 200-dək idmançı öz güclərini sınayıb. Yarışın nəticələrinə əsasən, medal sayına görə, Azərbaycan yığması 1-ci, Birləşmiş Ərəb Əmirlikləri komandası 2-ci, Rusiya komandası isə 3-cü yerə layiq görülüb.

Tədbirdə iştirak edən Sumqayıt MMA Döyüş Klubunun rəhbəri Rəşad Yaqubov “Yenisumqayit.az”a bildirib ki, klub üzvləri yarışlarda yüksək nəticələr göstəriblər. Belə ki No-gi versiyasında yarışlara qatılan Miri Fəttayev, Bayraməli Tahirov, Natiq Cəfərzadə, Şahlar İsmayılov 1-ci, Həsən Təhməzli 2-ci, Ceyhun Əsgərzadə və Əlisahib Dəmirov isə 3-cü yerə layiq görülüblər.

R.Yaqubovun sözlərinə görə, turnir yüksək səviyyədə təşkil olunub: - “Komandamız bu turnirdə gözləntilərimizdən daha yüksək nəticə göstərdi və bir daha sübut etdi ki, Sumqayıtda idmanın bu növündə də güclü idmançılar yetişir. Turniri təşkil edən Azərbaycan Milli Cui-citsu Federasiyasının Prezidenti Mirəli Seyidova və vitse-prezidenti, BJJ Departamentinin rəhbəri Azər Beydullayevə öz təşəkkürümüzü bildiririk.” yenisumqayit.az

 

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Sumqayıt idmançılarından beynəlxalq turnirdə UĞURLU NƏTİCƏ

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın