Menu
Geri İrəli

“Sumqayıt” ili qələbə ilə başa vurdu

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 26 Dekabr 2014 • Baxış sayı: 386 dəfə • Şərh yoxdur

AFFA-nın təşkil etdiyi Futbol Liqalarında ilk dövrələr başa çatıb. Stadium.Az xəbər verir ki, bu gün “Kapital Bank Arena”da U-16 liqasında 2014-cü ilin son oyunu keçirilib. “Sumqayıt”ın 16 yaşadək futbolçulardan ibarət komandası “Vətən” üzərində 8:0 hesablı qələbə qazanıb. Komandadan qolları Sənan Əsədov (5 qol), Asif Hacıyev (2) və Nicat Sərdarlı vurub. Qarşılaşmadan sonra “Sumqayıt” qələbəni masa arxasında qeyd edib.
sumil
Bakcell U-17 Liqası”nda uğurlu çıxışı ilə diqqət çəkən “Sumqayıt” U-17 kubokda “İnter” üzərində qələbə qazanaraq yarımfinala vəsiqə qazanıb. Komanda əlavə vaxtda paytaxt klubunu 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Qolları Elmin Bayramov və Şəhriyar Haqverdiyev vurub.

Bu həftə U-19 Liqasında da ilin son oyunu baş tutub. “Sumqayıt” U-19 “Rəvan”a 0:3 hesabı ilə məğlub olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın