Menu
Geri İrəli

“Sumqayıt” komandasının prezidenti Klublar Komitəsinin sədri seçilib

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Dekabr 2016 • Baxış sayı: 151 dəfə • Şərh yoxdur

14824835084136627258_1000x669Dekabrın 23-də Bakıda Klublar Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan “Qarabağ”, “Qəbələ”, “Neftçi”, “İnter”, “Sumqayıt”, “Kəpəz”, “Zirə” və AZAL futbol klublarının nümayəndələri iştirak ediblər.

Sədr Fikrət Hüseynov komitənin birillik fəaliyyəti barədə çıxış edib.

Klublar Komitəsinin Əsasnaməsinə uyğun olaraq, sədrin səlahiyyət müddəti başa çatdığı üçün bu vəzifəyə seçki keçirilib. Səs çoxluğu ilə “Sumqayıt” klubunun prezidenti Kamran Quliyev növbəti 1 il müddətinə Klublar Komitəsinin sədri seçilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın