Menu
Geri İrəli

Sumqayıt məktəbliləri qalib gəldi

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Noyabr 2014 • Baxış sayı: 349 dəfə • Şərh yoxdur
hokkeyAzərbaycan Otüstü Hokkey Federasiyası, Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), eləcə də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə keçirilən otüstü hokkey üzrə Bakı şəhər açıq festivalı başa çatıb.

BŞTİ-dən AzərTAc-a bildiriblər ki, Azərbaycanda otüstü hokkeyin yaranmasının 45-ci ildönümünə həsr olunan festival 2000-2002-ci il təvəllüdlü oğlan və qızlar arasında keçirilib. Finalında 8 komanda mübarizə aparıb. Yekun nəticələrə görə, qızlar arasında Xəzər rayonunun 149 və 117 nömrəli, Qaradağ rayonunun 233 nömrəli məktəblərinin komandaları İ, II, III yerləri tutublar. Oğlanlar arasında isə 2 nömrəli Uşaq Evi, Sumqayıt şəhər 22 nömrəli və Xəzər rayonun 117 nömrəli məktəblərinin komandaları İ, II, III yerləri tutublar.

Qalib komandalara diplomlar və kuboklar təqdim edilib. Festivalın ən yaxşı oyunçularına isə qiymətli hədiyyələr verilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın