Menu
Geri İrəli

“Sumqayıt” – “Neftçi” matçı Qəbələdə

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Noyabr 2015 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

1447919114_voleybol-kisilerVoleybol üzrə kişilər arasında Azərbaycan çempionatının ilk dövrəsinin oyunları Qəbələ Olimpiya Kompleksində keçiriləcək. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, çempionatda 4 komanda mübarizə aparacaq.

Noyabrın 22-də start götürəcək yarışın açılış mərasimi saat 16:30-da başlanacaq. Bunadək “Neftçi” – “Nəqliyyatçı Gənclər”, mərasimindən sonra isə “Sumqayıt” – “Nəqliyyatçı” görüşləri baş tutacaq. Ertəsi gün “Nəqliyyatçı Gənclər” “Sumqayıt”ı, “Neftçi” “Nəqliyyatçı”nı sınağa çəkəcək. Nəhayət, noyabrın 24-də “Nəqliyyatçı” – “Nəqliyyatçı Gənclər” və “Sumqayıt” – “Neftçi” qarşılaşmaları oynanılacaq.

Qeyd edək ki, qalan 2 dövrənin oyunlarının tarixi və məkanı hələ müəyyənləşməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın