Menu
Geri İrəli

Sumqayıt polisindən Mircavadova hörmətsizlik

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2012 • Baxış sayı: 241 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycan Premyer Liqasının Sumqayıtda keçirilən “Xəzər Lənkəran” – “Simurq” matçından sonra xoşagəlməz olay yaşanıb.

Qol.Az-ın məlumatına görə, qarşılaşmadan sonra Azərbaycanın əməkdar məşqçisi, “Şöhrət” ordenli Ağasəlim Mircavadov polislərin təzyiqi ilə qarşılaşıb.

Əməkdar məşqçini tanımayan polislər onu soyunub-geyinmə otagi olan dəhlizə buraxmayıblar. Məşqçi və ətrafındakılar polislərə Mircavadovun kimliyini başa salmağa çalışsa da, xeyiri olmayıb. Əksinə polislərdən biri bir az da irəli gedərək, təcrübəli məşqçini kobudluqla geri itələməyə cəhd edib. Vəziyyət belə olunca mütəxəssis içəri keçmək üçün bir neçə dəqiqə gözləməli olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın