Menu
Geri İrəli

“Sumqayıt” “Qarabağ”la oyuna itkilərlə hazırlaşır

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Noyabr 2017 • Baxış sayı: 187 dəfə • Şərh yoxdur
Share Button

sum-futbolAzərbaycan Premyer Liqasının növbəti turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da növbəti məşqini keçirib.

“Sumqayıt” tam heyətlə hazırlaşa bilmir. Belə ki, 4 futbolçu – Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21-in heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bugünkü məşqdə iştirak etməyib.

Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komanda hazırlığı kiçik meydançada ikitərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, “Qarabağ” – “Sumqayıt” oyunu noyabrın 17-də keçiriləcək.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın