Menu
Geri İrəli

“Sumqayıt” “Rəvan”ı darmadağın etdi VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2013 • Baxış sayı: 219 dəfə • Şərh yoxdur

“Sumqayıt” – “Rəvan” 4:1
04 may 2013. Saat 17:00. “Bayıl Arena” stadionu. 150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Namiq Hüseynov
Dördüncü hakim: Ramil Diniyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr: Taner Taktak. 27 (qeyri-idman hərəkəti); Ruslan Qurbanov, 29 (simulyasiya); 90+2 (qeyri-idman hərəkəti); Can Akgün, 82 (fitdən sonra topa zərbə) // Orxan Lalayev, 37 (qeyri-idman hərəkəti); 44 (əllə oyun); Samuel Barlay, 55 (qeyri-idman hərəkəti); 60 (qeyri-idman hərəkəti); Miloş Adamoviç, 67 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 72 (qeyri-idman hərəkəti); Tofiq Mikayılov, 90+2 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Ruslan Qurbanov, 90+2 (qeyri-idman hərəkəti) // Orxan Lalayev, 44 (əllə oyun); Samuel Barlay, 60 (qeyri-idman hərəkəti)
Qollar: Taner Taktak, 30; Ruslan Qurbanov, 50; 89; Can Akgün, 67 // Juan Manuel Varea, 34
Artırılan vaxt: I hissədə – 1 dəq.; II hissədə – 2 dəq.

“Sumqayıt”
1. Səlahət Ağayev
2. Slavik Alxasov
4. Samir Abasov (k)
(3. Aftandil Hacıyev, dəq.88)
6. Taner Taktak
13. Murad Ağayev
21. Məhəmməd Mirzəbəyov
(86. Can Akgün, dəq.65)
22. Xəyal Mustafayev
77. Mirzəağa Hüseynpur
(50. Ruslan Nəsirli, dəq.82)
91. Ruslan Qurbanov
92. Bəxtiyar Həsənalızadə
95. Murad Doymuş

Ehtiyat oyunçular:
12. Elçin Sadıqov
8. Aqşin Muxtaroğlu
70. Şamil Camaləddinov

Baş məşqçi: Bernhard Raab

“Rəvan”
1. Lukaş Sapela
8. Tural Axundov (k)
10. Mindauqas Kalonas
4. Nodar Məmmədov, dəq.46)
13. Şəhriyar Rəhimov
14. Juan Manuel Varea
16. Orxan Lalayev
17. Ramazan Abbasov
(22. Tofiq Mikayılov, dəq.71)
18. Samuel Barlay
19. Hüseyn Axundov
20. Milas Adamoviç
25. Ayaz Mehdiyev
(11. Əli Əliyev, dəq.81)

Ehtiyat oyunçular:
12. Sadiq Ramazanov
6. Anar Həsənov
7. Ramil Həşimzadə
28. Emin Mustafayev

Topaz Premyer Liqasında 29-cu turun oyunlarına yekun vurulub. “Sumqayıt” Futbol Klubu Bayıl Arena-da “Rəvan”ı qəbul edib. Bernhard Raabın komandası inamlı oyunu ilə seçilərək 4:1 hesablı qələbə qazanıb. Komandamızdan qolları Taner Taktak, Can Akgün və Ruslan Qurbanov (2 qol) vurub. “Rəvan”dan isə Xuan Manuel Varea fərqlənib. Bu qarşılaşmada qonaqların iki futbolçusu – Orxan Lalayev və Samuel Barley qırmızı vərəqə alıb. “Sumqayıt” FK-dan isə Ruslan Qurbanov sonuncu dəqiqədə meydandan qovulub.

Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Rəqib komandaya bugünkü oyunda xal daha çox lazım olduğu üçün bizdən daha istəkli və aqressiv oynadılar. Samuel Barlayın qırmızı vərəqə almasından sonra oyun bizim üçün artıq bitdi. Qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq”.

Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi:“Komandamı təbrik edirəm, qələbə qazandığımız üçün şadam. Bundan da çox futbolçuların taktiki gedişləri düzgün yerinə yetirdiklərinə sevinirəm. Oyunun əvvəlindən sonuna kimi üstün idik. Komandam aqressiv oynadı, rəqibin iki futbolçusu qırmızı vərəqə aldıqdan sonra bizə daha asan oldu. Qol vurandan sonra müdafiədə bəzi səhvlər buraxdıq, “Rəvan” oyunda dönüş yarada bilərdi”.
Baş məşqçi: Ramil Əliyev

Facebook Şərhləndirmə:

Şərhinizi yazın