Menu
Geri İrəli

“Sumqayıt” “Şəfa” stadionunda hazırlığını davam etdirir

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Aprel 2012 • Baxış sayı: 317 dəfə • Şərh yoxdur
Unibank Premyer Liqasının XXVII turu çərçivəsinzə səfərdə AZAL-la qarşılaşacaq “Sumqayıt” Futbol Klubu hazırlığını “Şəfa” stadionunda davam etdirir. Bir müddət əvvəl zədələnən Ruslan Məcidov və Timur İsrafilov hazırlıq prosesində iştirak etmir. Bərpa prosesini tamamlayan Slavik Alxasov və son turda “Turan”la görüşdə qaşı yarılan Kamil Nurəhmədov artıq məşqlərə başlayıb.

Qeyd edək ki, 7 futbolçumuz – Abdulla Abatsıyev, Orxan Həsənov, Eşqin Quliyev, Tərlan Quliyev, Murad Ağayev, Ruslan Tağızadə və Emin Mustafayev U-21-in düşərgəsində yer alır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın