Menu
Geri İrəli

“Sumqayıt” Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”a qalib gəlib

Müəllif: sumqayitxeber.com • Tarix: 29 İyul 2017 • Baxış sayı: 451 dəfə • Şərh yoxdur
Share Button

15013105473840720031_1000x6692017/2018-ci il futbol mövsümünə hazırlaşan “Sumqayıt” klubu hazırlığın ikinci mərhələsi üçün yollandığı Boluda son yoxlama matçına çıxıb.

AZƏRTAC xəbər verir ki, komandamız Səudiyyə Ərəbistanı təmsilçisi “Al-Taavoun”la üz-üzə gəlib. “Fənərbağça” klubunun təlim-məşq bazasında baş tutan oyunda “Sumqayıt” minimal hesabla qələbə qazanıb – 1:0. Qarşılaşmada yeganə qolu 4-cü dəqiqədə Cavid İmamverdiyev vurub.

Qeyd edək ki, 1956-cı ildə yaradılan “Al-Taavoun” Burayda şəhərini təmsil edir. Komanda 2016/2017-ci il mövsümündə Səudiyyə Ərəbistanı Professional Liqasında 7-ci yeri tutub.

Bununla da, “Sumqayıt” klubu Bolu toplanışını başa vurub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın