Menu
Geri İrəli

Sumqayıt stadionunun tikintisi gələn ilə qaldı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Aprel 2015 • Baxış sayı: 517 dəfə • Şərh yoxdur

 

Mehdi Hüseynzadə adına Sumqayıt Şəhər Stadionu gələn ilə tam hazır olmalı idi. Hazırkı köhnə stadion sökülməli, yerində yeni, müasir stadion tikilməli idi. Layihəyə görə, bütün bu işlərə 2014-cü ilin əvvəllərində start verilməli, 2016-cı ildə isə baş çatdırılmalı idi. Bütün bu işləri isə Polşa şirkəti həyata keçirməli idi. Lakin bunlar baş vermədi.

Rekord.az-ın əldə etdiyi son məlumata görə, 2015-ci ildə də bu məsələdə heç bir yenilik olmayacaq.

Layihənin icrası gələn ilə qaldı. 2016-ci ildə işlərə start verilməsi mütləqdi. Çünki bütün bu və Sumqayıt idmanı ilə bağlı digər layihələrin hamısı 2014-18-ci il planına daxil edilib. Yəni 2018-ci ilə kimi layihədə nəzərdə tutulan bütün işlər yekunlaşmalıdır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın