Menu
Geri İrəli

“Sumqayıt” – STATİSTİKA

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2013 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

Premyer Liqada təsnifat mərhələsi başa çatıb. Sportlife.az “Sumqayıt” klubunun rəsmi saytına istinadən xəbər verir ki, komanda 22 xal toplamaqla ikinci “altılıq” oyunlarına 10-cu pillədə yollanıb. Komandanın baş məşqçisi Bernhard Raab arxada qalan turlarda ümumilikdə 26 futbolçunun xidmətindən yararlanıb. Sol cinah müdafiəçisi Slavik Alxasov (1800 dəqiqə) və hücumçu Pərdis Fərcad-Azad (1566 dəqiqə) 22 oyunun 20-də meydanda olub. Komandanın kapitanı Samir Abasov isə 19 qarşılaşmada 1710 dəqiqə oynayıb.

Slavik Alxasov – 20 oyun (1800 dəqiqə)
Pərdis Fərcad-Azad – 20 (1566)
Samir Abasov – 19 (1710)
Məhəmməd Mirzəbəyov – 17 (1185)
Ceyhun Sultanov – 16 (1312)
Murad Doymuş – 16 (1440)
Orxan Əliyev – 16 (1170)
Ruslan Qurbanov – 16 (1124)
Sabir Allahquliyev – 16 (572)
Murad Ağayev – 15 (1127)
Emin Cəfərquliyev – 15 (758)
Uğur Pamuk – 14 (1194)
Səlahət Ağayev – 14 (1160)
Aftandil Hacıyev – 13 (1111)
Taner Taktak – 11 (761)
Ramil Həşimzadə – 9 (497)
Xəyal Mustafayev – 8 (656)
Elçin Sadıqov – 6 (540)
Bəxtiyar Həsən-Alızadə – 6 (488)
Murad Hüseynov – 5 (102)
Mirzağa Hüseynpur – 4 (315)
Aqşin Muxtaroğlu – 4 (203)
Can Akgün – 4 (192)
Ruslan Nəsirli – 3 (121)
Anar Məhərrəmov – 2 (180)
Şamil Camaləddinov – 1 (45)

Pərdis Fərcad-Azad və Orxan Əliyev ən sərrast futbolçulardır.
“Sumqayıt” Premyer Liqanın arxada qalan 22 turunda 20 dəfə rəqib qapılarına yol tapıb. Komandanın ən məhsuldar futbolçusu Azərbaycan əsilli hücumçu Pərdis Fərcad-Azaddır. 23 yaşlı futbolçu cari mövsümdə 5 qola imza atıb. 19 yaşadək futbolçulardan ibarət milli komandanın üzvü Orxan Əliyev isə 4 qolla bu siyahıda ikincidir. U-21-in üzvü Ruslan Qurbanov və Sabir Allahquliyev isə hərəyə 2 dəfə fərqləniblər.

Komandanın buraxdığı qollara gəlincə, 14 oyunda çərçivəni qoruyan Səlahət Ağayev 24 dəfə topu tordan çıxarmalı olub. İkinci qapıçı Elçin Sadıqov isə 6 oyunda meydana çıxıb və 7 dəfə məyus olub. İki görüşdə meydanda olan Anar Məhərrəmov isə qapısında 8 qol görüb.
Vurulan qollar: Pərdis Fərcad-Azad – 5 (qol), Orxan Əliyev – 4, Ruslan Qurbanov – 2 (1/1), Sabir Allahquliyev – 2, Murad Ağayev – 1, Aftandil Hacıyev – 1, Emin Cəfərquliyev – 1, Uğur Pamuk – 1, Ceyhun Sultanov – 1 (1/1), Məhəmməd Mirzəbəyov – 1. Mirzağa Hüseynpur – 1.

Buraxılan qollar: Səlahət Ağayev – 24, Elçin Sadıqov – 7. Anar Məhərrəmov – 8.

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın